adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
06 Yanvar 2017 15:57
8805
ELM VƏ TƏHSİL
A- A+

ADU-nun İctimai Nəzarət Şurasının ilk iclası keçirilib

Yanvarın 6-da Azərbaycan Dillər Universitetinin (ADU) İctimai Nəzarət Şurasının ilk iclası keçirilib.

İctimai Nəzarət Şurasının sədri Əliməmməd Nuriyevin rəhbərliyi ilə keçirilən iclasda Şuranın fəaliyyət istiqamətləri müzakirə olunub.

İclasda, eyni zamanda Şuranın işini tənzimləyən sənədlərin hazırlanması ilə bağlı fikir mübadiləsi aparılıb.

İclasda, həmçinin Əsasnamənin hazırlanması məqsədi ilə işçi qrupu yaradılıb.

İclasdan sonra Şura üzvlərinin iştirakı ilə universitetin əsas binasında keçirilən imtahanların monitorinqi aparılıb, tələbələrin sualları cavablandırılıb, təkliflər dinlənilib.