ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

“CinemaPlus” da ailəvi macəra filmi peşəkar Azərbaycan dublyajında - Video

8777    |   2017-01-06 15:49
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"CinemaPlus” Belçika istehsalı olan və macəra janrında çəkilən "İsra və Sehirli kitab” filminin nümayişinə başlayıb.

 Adalet.az xəbər verir ki, "CinemaPlus” Belçika istesali olan ailəvi və macəra janrında çəkilmiş və Azərbaycan dilində peşəkar dublyaj olunmuş "İsra və Sehirli kitab” filminin nümayişinə başlayıb.

"İsra və Sehirli kitab” filmi "Cinemazadeh” studiyasında 2016-cı ildə dublyaj olunub. Dublyajın rejissoru Rövşən Məmmədli, baş redaktoru Xətai Əli, prodüsseri Tural Əsədov, Masterinq Azad Vəliyev, səs rejissoru Orxan Həsənli və Post-prodakşn supervayzer Vüqar İslamzadədir.

Filmi səsləndiriblər: Sona Rəsulova, Rövşən Məmmədli, Kazım Abdullayev, Elşən Rüstəmov, Cavid Osmanov, Nəcibə Hüseynova, Xələf Cəfərov, Gülnarə Zülalova, Nəzakət Məmmədli, Xətai Əli, Orxan Həsənli və Səid Nizami.

Filminin rejissoru R.Kan Albay. Filmdə rolları İsra Dela, Sven Van Der Linden, Şim Opbrouc, Valarie Deridder, R. Kan Albay və Tamer Karadaglı kimi aktyorlar oynayıb.

Film haqqında qısa məlumat: Doqquz yaşındakı İsra sinif yoldaşları ilə birgə kitabxanaya gedir. Orada Gugle beylə və sehirli kitabla tanış olur . İsra hadisələri daha tam dərk etmədən görünməyən divarların arasında- çıraqdan çıxan cin, yaşlı, lakin çox sürətli kitabxanaçı, danışan toplar və heyvanların əhatəsində, şəkərli qalanın içində olduğunu anlayır. Ancaq bu görüntüyə aldanmaq lazım deyil, çünki Şato xanım şəkər qalasında gənc Adəm-i əsir saxlamışdır və əsiri azad etmək fikrində deyil. Görəsən, İsra Adəmi xilas edə biləcəkmi.

"CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.






İmza:Sübhan
SON XƏBƏRLƏR
2017-05-25


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
İslam oyunlarına gedirsinizmi?

Hə (60%)
Yox (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Teymur dostu Seymura sataşıb onun stuluna rəng tökür. Seymur sinifə girən kimi soruşur:
- Bax gör, bu şalvar mənə yaraşır?
- Hələ bir otur, sonra sual ver! Seymur oturur. Oturan kimi stula yapışır, stulun rəngli olduğunu görüb tez qalxır. Teymur o qədər gülür ki... Seymurun pərt olduğunu görüb gülməyini dayandırıb soruşur:
- Bayaq nə demək istəyirdin?
- Demək istəyirdim ki, dünən idman dərsindən sonra sənin cins şalvarın zalda qalmışdı. Bu gün onu geyinmişəm!




digər lətifələr
ARXİV
FACEBOOK