adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
06 Yanvar 2017 14:23
10984
MƏMLƏKƏT
A- A+

Qurban olum, vəsiqənizi göstərib keçin

Televiziya xəbərlərində qəzetlərdə dünyanın müxtəlif məntəqələrində partlayışlar, atışmaların "səsləri” eşidilir. Azərbaycaqnda iri müəssisə və ictimai obyektlərdə əhalinin təhlüksəizliyi qorunurmu? Metro stansiyalarında dayanan mühafizəçilər əllərindəki səs çıxaran aparatları ilə sərnişinləri həqiqətən yoxlayır, yoxsa bunu obrazlı şəkildə edirlər? Dəfələrlə çiynimdə çanta ilə metroya daxil olanda nədi nə var çanta sağ çiynimdədir deyə solumda dayanan mühafizəçi əziyyət çəkib əlindəki aparatı işə salmırdı. Dedim bəlkə çantamı sol çiynimə atım yenə məni saya alan olmadı. Növbəti dəfə artıq çiynimdəki çantanı çıxarıb mühafizəçi polisə uzatdım ki "bunu yoxlayın". Yoxlamadı, dedi get. Mən də yoluma davam elədim. İş təkcə metro mühafizəçilərində bitmirha. Gəldik ali təhsil ocaqlarında qapıda dayanan mühafizəçilərə. Onlar da gör bu qədər tələbədən nə qədər soyuyublarsa, qapıdan əli çibində keçən tələbələdən xahiş edirlər ki, "Qurban olum vəsiqənizi göstərib keçin”! Bu dövrdə qurban oldunsa səni ümumiyyətlə saya alan olmayacaq. Rəhmətliyin nəvəsi tut qapını bağla deki buraxmıram. Yoxe xeyri yoxdu. Təssüf ki, ali təhsil ocaqlarındakı müahfizəçilərin yeganə işi Universitet ətrafında qızla oğlanı bir yerdə yaxalamaqdan ibarətdir. Bu qədər! 7 il öncə ADNA terrorundan sonra əməllicə iş gedirdi. Təhlüksəsizlik kameraları, radsiya aparatlarının sayı birə beş artdı. Bircə məsuliyyət də artsaydı...


Rüfət Soltan