adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
06 Yanvar 2017 13:39
7449
DÜNYA
A- A+

Anti-terror əməliyyatı: 225 nəfər tutuldu

Türkiyənin Şanlıurfa şəhərində terror təşkilatı KCK və PKK-ya qarşı keçirilən əməliyyatda aralarında bələdiyyə başçılarının da daxil olduğu 225 nəfər saxlanılıb.

Adalet.az "Haber 7”-yə istinadən xəbər verir ki, saxlanılanlardan 60-ı həbs edilib, 107 nəfər isə polis nəzarətində olmaq şərti ilə sərbəst buraxılıb.

Həbs olunanlar arasında Ceylanpınarın keçmiş rayon rəhbəri Hicri Qəməri, Bozovanın Bələdiyyə sədri Z.T, Bozova Bələdiyyəsinin sədr müavini F.D, Viranşehir Bələdiyyəsinin sədri E.C və onun müavini, Suruş Bələdiyyə sədri H.A da var.