adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
06 Yanvar 2017 14:17
6613
DÜNYA
A- A+

İzmir terroruna görə 18 nəfər tutuldu

İzmirdə törədilən terrorla əlaqədar indiyə kimi 18 nəfər saxlanılıb.

Bunu Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ bildirib.


O, həmçinin bildirib ki, İzmirdəki terror aktını PKK törədib: `Terrorçular təlimatı PKK-dan alıb. İzmirdə olmasına fərqli məna vermək istəyənlər də terrorizmə xidmət edir`.

Qeyd edək ki, yanvarın 5-də İzmirdə məhkəmə binasının qarşısında baş vermiş partlayış nəticəsində 2 nəfər ölüb, 1-i ağır olmaqla 10 nəfər xəsarət alıb. Partlayışdan sonra terrorçularla polislər arasında atışma olub.