BU ÜRƏKLƏ…

FAİQ QİSMƏTOĞLU
94604 | 2017-01-06 14:11

… Deyirlər ki, insanorqanizmində ürək ən həssas üzvdür. Bəlkədə bu deyimdə, bu fikirdə həqiqət çoxdur. Ən azından ona görə ki, hər hansı hadisə,stress, gərginlik baş verəndə elə ilk növbədə zərbə adamın ürəyinə dəyir. Ona görədə çox vaxt dünyagörmüş və müdrik insanlarnəsihət edirlər ki, hər şeyi ürəyinizə salmayın. Yəni hər şeyi ürəyə atanda, «çalxalayanda»elə bütün yük də bu ürəyin üstünə düşür…

Belə baxanda bizürəyimizi həddindən artıq dərdlə, kədərlə, qəmlə yükləyirik. Tay ürək də tank, traktordeyil ki, bu qədər yükü çəkib aparsın. Hələ bu ürək çox dözümlüdür ki, insanlarıyaşadır, döyünür və həyata səsləyir...

Ürəkdən danışmağımvə bu yazını qələmə almağım heç də təsadüfi deyil. Yaxın bir həkim dostum mənə ürəkləbağlı bir əhvalat danışdı. Və mən də istər-istəməz bu mövzunu qələmə almaq istədimvə özümdən xəbərim olmadan yazı yaranmağa başladı. Axı bayaq dedik ürək insana çox sədaqtəlidir. Və bəzən də bu ürəyiniçinə ondan qat-qat böyük qəm, kədər dolur, ancaq ürək yenə bizi yarı yolda qoymurki, qoymur…

Dostum danışdı ki,onun atası 40 yaşı olanda həkimə gedir və həkim də atasını kardioqrama eləyib diqqətləkardioqramaya baxır. Həkim tez-tez bir kişiyə baxır, bir də elədiyi karioqramaya. Kişi də həkimin beləhərəkətlərindən narahat olur və soruşur ki:

- Ay həkim, başınadönüm, məndə qorxulu nə var, tez-tez gah o kağıza baxırsan, gah da mənim üzümə?

Həkim başını qaşıyırvə dillənir:

- A kişi, mən məəttəlqalmışam e, sən bu cür xəstə ürəklə nə təhər gəzirsən və necə yaşayırsan?!

Həkimin sözləri xəstənibir qədər də narahat eləyir. Düşünür ki, nə qələt elədim bura gəldim. Onsuz da özümüpis hiss eləmirdim. Kişi həmin hadisədən sonra həkimdən necə iyrənirsə, bir dahaürəyiylə bağlı həkimə getmir. Bir dəfə 40 yaşında ürəyini həkimə göstərir və ondada gözü qorxur. Və bu kişi də siqaret çəkən adam olub. 20 yaşından 83 yaşına qədərgündə iki qutu siqaret çəkir. Bu hadisədənsonra düz 43 il kişi yaşayır, nəvə-nəticə sahibi olur. Və 83 yaşında da ürəkdəndeyil, başqa xəstəlikdən dünyasını dəyişir. Hansı ki, həkim ona 40 yaşında demişdiki, sənin ürəyin yaman gündədi.

Allahıninsana verdiyi bir ömür payı var. Gərək bu ömür payını elə yaşayasan ki, sonra onunaltını çəkməyəsən. Bir gün də başqa bir tanışım klinikalardan birinə gedir. Məşhurhəkim onu stress-testdən keçirir. Stress-testdən sonra həkim başını bulayır və onadeyir ki, sənə təcili stend qoyulmalıdı. Əks təqdirdə hər an ölə bilərsən. Həkiminbu sözlərindən qorxuya düşən dostumuz qardaşına zəng çalır və təcili klinikaya gəlməsinixahiş eləyir. Dostumuz isə stend qoydurmağa razılaşmır. Həkim isə deyir ki, əgərstend qoyulmursa, onda bu sənədə qol çək, sabah bir şey olsa buna görə biz məsuliyyətdaşımırıq. Təbii ki, dostumuz da o sənədə qol çəkir və sakitcə oturub qardaşınıgözləyir.

…Yarımsaatdan sonra qardaşı qan-tərə batmış halda özünü xəstəxanaya çatdırır və görürki, müayinədən keçən qardaşının da rəngi qorxusundan avazıyıb və özünü o qədər dəyaxşı hiss eləmir. Çox fikirləşmirlər. Tanınmış kardio-cərrah Firdovsi İbrahimovlaəlaqə yaradırlar və Mərkəzi Klinik Xəstəxanada dostumuz Firdovsi İbrahimov tərəfindənanju olunur. Dostumuz da deyir ki, mən anju olunanda monitorda özüm də hər şeyigörürdüm. Firdovsi həkim məni müayinə elədi və dedi ki, sənin damarlarında heç birproblem və tutulma halı yoxdur. Düz 7-8 il müayinə olunmadan rahat gəzə bilərsən.Həkimin bu sözləri həm məni, həm də qardaşımı sevindirdi. Və bu sözlərdən sonrasanki həyata yenidən qayıtdım. Hansı ki, məni qorxudan həkim çalışırdı ki, nəyinbahasına olursa-olsun ürəyimə stend qoyulsun. Nə var, nə var həkimin beş-on manatbu işdən xeyiri olacaq. Mən iki cür həkim gördüm: bir vicdanını pula satan, biridə vicdanını hər şeydən üstün tutan və Allahını sevən Firdovsi İbrahimov.

Gördünüzmü,bəzən hər hansı həkim şəxsi marağı naminə pasiyenti qorxudur və ona stend qoyulmağıməsləhət bilir. Sanki indi dəb düşüb. Birbalaca kiminsə ürəyi ağrıyırsa, vicdansız həkimin yanına gedəndə o dəqiqə həminpasiyentə pul mənbəyi kimi baxılır və inandırmağa çalışırlar ki, sənin ürəyinə stendqoyuomasa vəziyyətin ağırlaşar, hətta ölə bilərsən.

Nəyaxşı ki, dünyada var-dövlətə, pula-paraya susamayan həkimlər də var. Və nə yaxşı ki, bu həkimlər Allahı başlarınınüstündə görüb pasiyentlərə düz yol göstərirlər. Və bir də ürəyinizi möhkəm qorumalısınız.Ən azından həddindən artıq siqaret çəkməməlisiniz və spirtli içkiyə qurşanmamalısınız.Loru dildə demiş olsaq, sağlam həyat tərzi yaşamalısınız. Özünüzü və ürəyinizi qoruyandatez-tez həkimə də düşməzsiniz və bəzi vicdanını itirmiş həkilərin də qurbanına çevrilməzsiniz…


TƏQVİM / ARXİV