SON XƏBƏRDARLIQ

ƏBÜLFƏT MƏDƏTOĞLU
68928 | 2017-01-06 14:09

Buna da gəlibçatdıq

«Son» sözü dahaçox filmlərin yekununda yadda qalır və bir də məzar başındakı sonuncu «fatihə»dənsonra. Mən belə bilirəm. Və bunu da öz gündəlik həyatımla, öz yaşamımla bağlıyaddaşıma köçürmüşəm. Hətta iş günü başa çatanda da bunu son saymıram. Çünkiyazı-pozu adamının iş günü bitmir. Hətta yataqda da beyin oyaq olur, fikirdağda-daşda, sözün sorağında at çapır. Və deməli, beyin oyaqdısa, işləyirsəbunun harası son ola bilər? Məncə heç harası!..

Hə, mən qəsdənfilmin adını çəkdim, filmi vurğuladım və bir də məzarı. Axı, onların ikisi də həqiqətənsondu. Biri yaşamın sonudu, biri də ssenarinin, süjetin. Bax, bu sona doğrubütün insanlar yol gedir. Axı həyat səhnədi. Hər birmizin də missiyamız var - birrolu icra edirik, bir rolun ifadəçisiyik. Deməli, bütün hallarda biz sona doğrugedirik. Təbii ki, kimi gözüyumulu, kimi hər şeyi görə-görə, dərk edə-edə. Vəbu sondan kimsəyə qurtuluş, xilas yoxdu…

Mən də buyoldayam və bilirəm ki, bu yolun sonu mənə daha yaxındı. Çünki, o son özü də mənə tərəf gəlir. Özü dəöz xoşuyla yox, onu mənə tərəf itələyirlər. Arxasından kimlərsə bütün gücüylə həmino sonu qamçılayıb qovur mənə tərəf. Mən bunu görürəm, duyuram, hiss edirəm,yaşayıram. Amma heç nə edə bilmirəm. Gücüm yalnız özümə, ürəyimə çatır. Gördüklərimi,düşündüklərimi, yaşadıqlarımı ürəyimdə, ağlımda əridirəm, kiridirəm, başqa heçnə. Siz deyin, başqa nəsə etməkmümkündü? Lap sərt bir şəkildə sual qoyuram ortaya – Allahla kim allahlıq edə bilər?!

Hə, gecə bilmirəmsaat 2 idi, 3 idi, gözüm divar satına sataşdı. Saata baxana qədər mənə elə gəlmşdiki, artıq səhər açılıb. Baxıb gördüm ki, yox,saat öz ritmindədi, öz yolundadı, heç tələsməklə işi yoxdu. İnanın ki,bu da mənə təsir etdi. Çünki səhər gec açılanda dözə bilmirəm. Bütünağırlıqların içində havalanmış kimi oluram. Hətta gecənin, qaranlığın düşməsiniistəmirəm. Onda lap təklənirəm, onda lap kimsəsiz oluram və… Və gücüm ancaq qələməçatır.


Saat

öz işində…

əqrəblər

ağır-ağır

olsa da

yerini dəyişir…

nə vaxtdı

atılıb

üstümə

geri qaytarılmışürəyim-

əlimdədi…

sağ əlim

yaman geyişir-

ruhun şad olsun

ürəyim!..


***

Bəli, mən ötənilin son pıçıltılarını kağıza köçürəndə içimdə iynə boyda olsa da, ümid vardı. Elə bilirdim ki, xoruzbanıyla bu ümid heç olmasa özü boyda artacaq, boyunaboy calanacaq. Amma yeni ilin ilk zənglərindən, ilk basqılarından, ilk xəbərlərindəngördüm, eşitdim ki, doğrudüşünməmişəm. O, iynə boyda ümidənahaq ümid bəsləmişəm. Bir iynə boyda artmaq əvəzinə, boy göstərmək əvəzinəartıq yarım iynə boyda olub həmin o ümid. Və bu da qarşılaşdığım həyatsıxıntısının, yaşam probleminin artan fəsadlarının bəhrələridi. Çünki, mənə artıq sonuncu xəbərdarlıq etdilər.Bildirdilər ki:

- Eviniz söküləcək,başqa yolun yox!

Mən bu kəskin şəkildədeyilən hökmün özümə uyğun olan variantlarını ağlımdan gətirib keçirdim. İnanınki, ilk yadıma düşən «ya Qarabağ, ya ölüm, başqa yolu yox artıq» məşhur şarkısıvə bir də rəhmətlik ANS düşdü. Çünki ANS bu şarkını tez-tez səsləndirirdi. İndibelə şarkılara kimdi qulaq asan? Axı, ölüm alnımıza yazılıb. Və mən də yazımın əvvəlindəsözgəlişi demədim ki, hamımız sona doğru gedirik. Amma onu da dedim ki, təkcəgetmirik, kimlər üçünsə son da ona doğru gəlir. Bax, elə bu məntiq də mənimyeni ilin ilk günündə öz ad günümə yazdığım şeirin mövzusu oldu. Bilmirəm nə qədəruğurludu, nə qədər gerçəyi ifadə edir və yaxud hardasa özümə bir haqsızlıqdı.Amma bütün hallarda mən yeni ilin ilk gecəsinin tən yarısında özüm özümə yazdımki:


Mən

çapılıb

yorulmuş at

həyatı bərbad

qırıq bir qanad

mənə diş qıcayır

itkimi hər zad…

bax

bundansonra

yaşamaqüçün

nəyəgərək

inadgöstərmək, inad?!

yorulmuşatları

güllələyirlər…


Yəqinki, oxudunuz bu şeiri. Nə düşündünüz özünüz bilərsiniz. Düşünmədinizsə də yenəcanınız sağ olsun. Bütün hallarda ən əsası, ən vacibi mənim üçün odur ki, içimdəkinisözə çevirə bilmişəm və xatırlatmağa çalışmışam ki, artıq güllələnmək yaşımkeçib. Gecikirsiniz, tələsin! Axı,gec olmağı problem deyil,heç olmamağı problemdi. Və mən də sizə, cəmiyyətə, bütövlükdə xəlbirinüzündə qalanlara problem yaradıramsa, onların yolunun üstündəyəmsə, mənim gecəqondumonlara nəfəs almaq imkanı vermirsə, onda bunu kökündən həll etmək sizinhaqqınızdı. Buyurun, həll edin! Və bir də sağ olun ki, ayın sonuna qədər möhlət vermisiniz. İndikivaxtda kimsə kimsəyə bir quruş bağışlamır, vermir. Sizlər dağ boyda ürək sahiblərisiniz.20-25 gün möhlət verirsiniz və deyirsiniz ki:

-Buyur, bu möhlət, bu da sənin qəpik-quruşun. 20-25 günə ev ol, evin olsun!Yığış içərisinə!

Bəli,bundan gözəl nə ola bilər ki? Axı, mənim bütün imkanlarım, bütün səlahiyyətlərimən yüksək səviyyədədi. Bir işarəmlə torpaq ayrılacaq. Daş daşınacaq, divarhörüləcək, dam vurulacaq və nələr, nələrdən sonra top dağıtmayan, yox,yanıldım, kimlərsə uçura bilməyən bir saray tikiləcək. Və mən də dəftər-qələmimigötürüb və bir də nə vaxtsa yazdığım şeiri sonuncu dəfə pıçıldayıb köçəcəm həminevə. Cəmi bir bəndlik o şeiri elə bu yazıda da pıçıldayıram.


Birqış nağılıdı bu qış gecəsi

Şaxtada, sazaq da köhnə tanışım…

Bircəevim yoxdu balalarımı -

Toplayıbbaşıma, nağıl danışım…


Hə,deyir ağıla gələn sonda başa gəlir. Mən bu şeiri yazanda çadırda məskunlaşmışdım.Onda da qış idivə bu misraları yazdım. Rəhmətlik, dəyərli rəssam dostum Natiq Ağayev də bumisraların fonunda mənim rəsmimi çəkdi öz fırçasıyla. Bilmirəm, onun fırçasının gücüydü, yoxsa misralarımAllaha xoş gəldi… Hər nə idisə,1992-ci ilin yazında indi sökülməsi barədə hökm çıxarılmış gecəqondunu tikibbalalarımı başıma yığdım. İndi də qışdı. İndi yaza hələ xeyli var və bu qışgünü gecəqondunun kitabı bağlanıb, hökm qətidi. Necə deyərlər, heç kimə, heçhara şikayət etmək olmaz. Çünki keçməyəcək. Bunu neçə-neçə dildən, neçə-neçəağızdan eşitdim. Söz də ki, ocaq kimidi. Alışmasa, tüstü çıxmaz. Deməli, tüstüçıxırsa, ocağa od vurulub… Söz ortalıqda dolaşırsa, deməli, səslənib. Bax, budumənim bugünkü durumumun bir səhifəsi və…

***

Deməli, bütünqabiliyyətimi, imkanımı, gücümü bir yerə toparlayıb mənə qarşı gələn sona tərəfgedirəm. Və gedə-gedə də artıq iynənin yarısı boyda olan ümidin heç olmasa, son nəfəs kimi özünü hiss etdirəcəyinəiçimdə nəsə axtarıb tapmaq istəyirəm. Amma nə qədər çalışıram öləziyən şamdan başqa heç nəyi görmürəm,duymuram, hiss etmirəm. Ona görə də təntimiş, nizamını, yerini itirmiş adamkimi öz-özümdən xoflanıram. Elə bilirəm ki, indi mən daha iri addımlarla, dahasürətlə o sona doğru getsəm, bəlkə o geri çəkildi, bəlkə o bir az aramızdakı məsafəniartırdı, uzatdı. Amma deyəsən bu da elə bir ilğımdı, bir xülyadı. Yəni, gerçəklikdən tamam uzaq bir şeydi. Çünki, ürəyin hissiyatı məntiqin çıxardığı nəticədən, mənə görə, daha həssasdı, daha dəqiqdi. Bax, ona görə də həkiməlində artıq oyuncağa çevrilmiş ürəyim mənə deyir ki, sonu qabaqlamaq və yaxudsonu qovmaq öz-özünü aldatmaqdı. Sən bunu bacaran deyilsən. Çünki sənin bütün həyatın,bütün yaşamın ancaq ruhun və sözün qaynağında, ortasında özünü tapıb, özünü təsdiqedib. O yer də, o nöqtə də hər kəsə, ətrafa, xüsusilə ONA sevgiylə tanınıb, bəzənib,var olubdu. Deməli, ordan üzü bəri sənin gətirdiyin sevgi sənə indiki andaancaq xatirədi. Kövrəlsən də,hıçqırsan da, gözlərini ovcunun ardıyla silsən də, bu bir gerçəkdi. Və bu gerçək olan xatirə sənə sadəcəstimuldu, enerjidi, hələ ki, yaşamağın üçün. Sən buna ancaq ruhunu hopdurduğunmisralarla cavab verə bilərsən. Təbii ki, əgər qəbul olunsa. Bax, bu misralarkimi.


O ildən bu ilə gətirdiyinə

Baxıb güləcəksən,ağlayacaqsan…

İllərin kədərlixatirəsi tək

Məni ürəyində saxlayacaqsan…


Ələnə-ələnə keçəngünləri,

Yaddaş kitabınaköçən günləri…

Özün sıralayıbseçən günləri-

Sap kimi uc-ucabağlayacaqsan…


Üzünə dəyəcəkgülün dodağı,

Siləcək üzündən əli,dodağı…

Adımı deyəndədilin, dodağın -

Özün də bilmədən dağlayacaqsan!..


Bəli, deməli, builin ilk yazısı mənim aldığım xəbərdarlıq notası üzərində kağıza köçürüldü. Vəmən bu yazı boyu nə ad çəkmədim, nə ünvan göstərmədim. Çünki sökən də, sökülənyer də, barəsində höküm çıxarılan da, hökm verən də bəllidi. Ona görə də nəsizlərə, nə də özümə təkrar əziyyət vermək istəmədim. Onsuz da mənim əziyyətlərimhəmişə ortada qalıb. Doğrudur, hələ iynənin yarısı boyda ümid var və deyirlərümid lap sonda ölür. Amma bunu deyirlər. Nə qədər gerçəkdir, həyat təcrübəmdə rast gəlməmişəm. Nə bilim, bəlkəmümkün olan bir variantdı. Amma hər halda, mən yazımı, şeirlərini həmişə oxuduğum və fikirlərindəruh doğmalığı yaşadığım Sona xanım Vəliyevanın misraları ilə bitirmək istəyirəm.


Adi qayğılardan bezmişəm daha,

Gəl, günün özündəngün oğurlayaq.

Aşaq yaş həddini,ömür həddini,

Bircə gün birbaşqa ömür yaşayaq.


Hə, bu misralarıelə-belə seçmədim. Axı demişdim ki, iynənin yarısı boyda ümid var. Və mən də hələson olmayacağına o yarım iynə boyu ümidin bucağı altında baxıram. Məşhur əsərimizdədeyildiyi kimi, bəlkə qaytardılar. Yəni, fikirlərini dəyişdilər?!..


TƏQVİM / ARXİV