adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
06 Yanvar 2017 12:26
7627
MƏMLƏKƏT
A- A+

Bakı-Sumqayıt qatarının cədvəli dəyişir

Sərnişindaşımanı optimallaşdırmaq məqsədilə yanvarın 7-dən Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəli dəyişdirilir.

"Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Bakı-Sumqayıt elektrik qatarları Bakı sərnişin stansiyasından saat 08:00, 08:30, 08:55, 16:00, 17:30, 18:05, 18:30, 18:45, 19:10, 19:40 və 20:30-da, Sumqayıt sərnişin stansiyasından isə 07:10, 07:30, 07.45, 08:00, 08:50, 09:17, 09:50, 16:55, 18:18, 18:50 və 19:30-da yola düşəcək.

Bundan başqa, hər şənbə, bazar və bayram günləri 6002/6001, 6004/6003, 6006/6005 nömrəli elektrik qatarları hərəkətdə olmayacaq.