adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
05 Yanvar 2017 19:23
6636
ELM VƏ TƏHSİL
A- A+

ADU-da imtahan sessiyasına start verilib

Azərbaycan Dillər Universitetində (ADU) payız imtahan sessiyasına start verilib. 2016/2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədi ilə müvafiq əmr imzalanıb. İmtahan sessiyası Pedaqoji (ingilis dili - alman dili), Pedaqoji (ingilis dili – fransız dili), Filologiya və jurnalistika, Tərcümə, Regionşünaslıq və beynəlxalq münasibətlər, Əlavə təhsil, Magistratura və doktorantura fakültələrində və SABAH qruplarında əyani şöbədə 03 fevral 2017-ci il, qiyabi şöbədə isə 09 fevral 2017-ci ilədək davam edəcək.

İmtahanlararası müddət minimum 2 gün, imtahanlara ayrılmış vaxt 2 saat müəyyənləşdirilib.

Qeyd edək ki, ADU-da 2016/2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədi ilə imtahan sessiyası dövründə yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın şəffaf, normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədilə Operativ Qərargah fəaliyyət göstərir.

Eyni zamanda, ADU-nun 441-58-63, 440-64-82, 564-06-51 saylı telefonları və [email protected] ünvanlı elektron poçtu "Qaynar xətt” elan edilib.