ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

ADU-da İctimai Nəzarət Şurası yaradılıb

4340    |   2017-01-05 18:22
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Dillər Universitetinin (ADU) Elmi Şurasının 28 dekabr 2016-cı il tarixli qərarına əsasən universitetdə 13 nəfərdən ibarət İctimai Nəzarət Şurası yaradılıb. Qeyd edək ki, ali təhsil müəssisəsində ictimai iştirakçılığın daha da gücləndirilməsi, şəffaflığın artırılması, universitetlə ictimaiyyət arasında qarşılıqlı əlaqələrin səmərəli təşkili məqsədilə yaradılan Şurada qeyri-hökumət təşkilatları və media nümayəndələri, eləcə də təhsil sahəsi üzrə ekspertlər təmsil olunur.

Daha sonra ADU-nun rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev Şura üzvləri ilə görüş keçirib. Görüş zamanı təşkilati məsələlərə baxılıb. "Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev İctimai Nəzarət Şurasının sədri, təhsil eksperti Nadir İsrafilov sədr müavini, modern.az saytının rəhbəri Elşad Eyvazlı isə Şuranın katibi seçilib.

Universitetdə aparılan islahatlar və tədris prosesinin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışan Ə.Abdullayev bu istiqamətdə bir sıra vacib qərarların qəbul olunduğunu, mühüm yeniliklərin tətbiq edildiyini diqqətə çatdırıb. ADU-nun bütün kurslarında təhsil alan tələbələrlə, həmçinin professor-müəllim heyəti ilə çoxsaylı görüşlər keçirdiyini deyən Ə.Abdullayev bu görüşlərin qarşılıqlı müzakirə şəraitində keçdiyini, bir sıra maraqlı təkliflərin irəli sürüldüyünü sözlərinə əlavə edib.

Ə.Abdullayev bildirib ki, İctimai Nəzarət Şurasının öz işini səmərəli təşkil etməsi üçün universitetin əsas binasında xüsusi otaq

ayrılıb. O, Şura üzvlərinin imtahan sessiyasının gedişini izləməsi üçün hər cür şərait yaradılacağını vurğulayıb.

İctimai Nəzarət Şurasının yaradılmasını yüksək qiymətləndirən Ə.Abdullayev universitetdə ədalətlilik prinsipinin qorunacağını vurğulayıb və bu istiqamətdə birgə əməkdaşlıqdan səmərəli nəticələr əldə olunacağına inandığını söyləyib.

Görüş zamanı tələbələr arasında sorğular keçirilməsi, imtahan sessiyasının gedişində "qaynar xətt”in fəaliyyəti və digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Müzakirələrin sonunda İctimai Nəzarət Şurasının fəaliyyət planının hazırlanması ilə bağlı İşçi qrupunun yaradılması barədə qərar qəbul edilib.




İmza:
SON XƏBƏRLƏR
2017-05-25


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
İslam oyunlarına gedirsinizmi?

Hə (60%)
Yox (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Teymur dostu Seymura sataşıb onun stuluna rəng tökür. Seymur sinifə girən kimi soruşur:
- Bax gör, bu şalvar mənə yaraşır?
- Hələ bir otur, sonra sual ver! Seymur oturur. Oturan kimi stula yapışır, stulun rəngli olduğunu görüb tez qalxır. Teymur o qədər gülür ki... Seymurun pərt olduğunu görüb gülməyini dayandırıb soruşur:
- Bayaq nə demək istəyirdin?
- Demək istəyirdim ki, dünən idman dərsindən sonra sənin cins şalvarın zalda qalmışdı. Bu gün onu geyinmişəm!




digər lətifələr
ARXİV
FACEBOOK