Həccə getmək asanlaşdı
Səudiyyə Ərəbistanı həcc ziyarəti üçün ölkəyə gələn zəvvarların kvotasına 5 il əvvəl tətbiq etdiyi məhdudiyyəti aradan qaldırıb.
Adalet.az APA-ya istinadən xəbər verir ki, kral bununla bağlı Ali Həcc Komitəsinin sədri, şahzadə Məhəmməd bin Nəifin təklifini qəbul edib.
Məhəmməd bin Nəif bildirib ki, artıq aidiyyəti qurumlar bu il sayı artacaq zəvvarların qəbuluna dair hazırlıq aparır.
Qeyd edək ki, 5 il əvvəl Səudiyyə Ərəbistanı xarici ölkələr üçün müəyyənləşdirilən həcc kvotasını 20 faiz, daxili zəvvar kvotasını isə 50 faiz azaldıb. Bu addım Kəbə və digər müqəddəs yerlər ətrafında aparılan genişləndirmə işləri zamanı təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə əlaqələndirilib.
Digər Xəbərlər
19 Aprel 2024 19:37
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb - FOTOLAR
19 Aprel 2024 17:22Vilayət Eyvazov Kollegiya iclası keçirdi - FOTOLAR
19 Aprel 2024 11:19İsmayıllıdakı bazarda nöqsanlar aşkarlandı
19 Aprel 2024 10:17“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır
18 Aprel 2024 15:06