adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
06 Yanvar 2017 11:08
6398
MƏMLƏKƏT
A- A+

Maşallah Əhmədov xəstəxanadan evə buraxılıb

Bir müddət əvvəl səhhətində yaranmış problemlə əlaqədar xəstəxanaya yerləşdirilən dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun səhhəti normallaşıb. Adalet.az xəbər verir ki,, bu barədə Trend-ə açıqlamasında M.Əhmədovun vəkili Samir Abduıllayev deyib.

Vəkil bildirib ki, M.Əhmədovla telefonla əlaqə saxlayıb və müvəkkili özünü normal hiss etdiyini deyib. M.Əhmədov xəstəxanadan evə buraxılıb.

S.Abdullayev bildirib ki, yaxın vaxtlarda M.Əhmədovun barəsindəki məhkəmə prosesinin vaxtı müəyyən ediləcək:

"Hazırda M.Əhmədov dəymiş zərərin ödənilməsi ilə bağlı hərəkətlər edir. O artıq dəymiş ziyanın əksəriyyətini ödəyib. O, zərərçəkmişlərə 90 min manatdan artıq pul ödəyib. Hazırda qalan zərərin də ödənilməsi ilə bağlı hərəkətlər olunur".

Xatırladaq ki, dekabrın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində M.Əhmədov barəsindəki cinayət işi üzrə keçirilən məhkəmə prosesinə qatılmayıb. Bakıdakı özəl klinikalardan birindən məhkəməyə daxil olan arayışda göstərilib ki, M.Əhmədov səhhətindəki ciddi problemlərlə bağlı klinikaya yerləşdirilib və onun bu səbəbdən də məhkəmədə iştirakı mümkün deyil. Dekabrın 20-də M.Əhmədova hökm oxunmalı idi. Veteran futbolçunun böyrək problemindən əziyyət çəkdiyi bildirilirdi.

M.Əhmədov 2015-ci il dekabrın 14-də Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumata görə, bizneslə məşğul olan "Neftçi”nin keçmiş futbolçusu bir neçə nəfərə 150 min manatdan artıq vəsaitə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib və həmin şəxslərin pulunu qaytarmayıb.

Binəqədi rayon Məhkəməsi M.Əhmədov barəsində ev dustaqlığı ilə bağlı qərar çıxarıb.