Suriyada 35 İŞİD-çi məhv edilib
Türkiyə hərbçilərinin Suriyada keçirdiyi "Fırat Kalkanı” ("Fərat qalxanı”) anti-terror əməliyyatı nəticəsində Əl-Bab şəhərində terrorçu İŞİD qruplaşmasının 140 obyekti məhv edilib.
Bu haqda Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, Əl-Bab şəhərində İŞİD-in obyektlərinə havadan endirilən zərbələr nəticəsində və bu ərazidə baş verən silahlı qarşıdurmalar nəticəsində 35 yaraqlı məhv edilib, onlara məxsus bır sıra zirehli avtomobillər sıradan çıxarılıb.