adalet.az header logo
  • Bakı 20°C
06 Yanvar 2017 10:15
5809
MƏMLƏKƏT
A- A+

Ötən ay 1068 partlamamış hərbi sursat tapılıb

2016-cı ilin dekabr ayı ərzində 2 352 225 m2 ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətindən verilən məlumata görə, 1068 ədəd PHS, 1 ədəd tank əleyhinə və 13 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 489 nəfər əməliyyat heyəti, 130 nəfərlik inzibati heyət, həmçinin 6 mexaniki minatəmizləmə maşını və 34 minaaxtaran it iştirak edir. İndiyədək cəmi 393 832 826 m2 ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 754 010-dur.

Dekabr ayı ərzində Agentlik tərəfindən təmizləmə əməliyyatları Abşeron, Ağdam, Ağcabədi, Ağstafa, Cəbrayıl, Füzuli, Tərtər, Göygöl, Qazax, Bakı şəhəri və eləcə də Qaradağ rayonu, Güzdək qəsəbəsində həyata keçirilib.

Ötən ay ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.