adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
06 Yanvar 2017 10:12
5527
GÜNDƏM
A- A+

Parlament jurnalistlərinin diqqətinə!

Milli Məclisin fəaliyyətini işıqlandırmaq istəyən jurnalistlər yanvarın 15-dək akkreditasiyadan keçməlidirlər.

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib ki, yanvarın 15-dək jurnalistlərin akkreditasiya ilə bağlı müraciət məktubları qəbul olunacaq.

Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, deputatlar yanvar ayının 1-dən 15-dək tətilə buraxılırlar. Tətil bitdikdən sonra Milli Məclisin komitələri işə başlayaraq yaz sessiyasında müzakirəyə çıxarılacaq qanun layihələrini nəzərdən keçirəcəklər.

Qanunvericiliyə uyğun olaraq, yaz sessiyası fevralın 1-dən mayın 31-dək davam edir.