adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
06 Yanvar 2017 09:14
14478
MARAQLI
A- A+

640 min dollarlıq BALIQ

Yaponiyanın paytaxtı Tokionun məşhur Tsukidzi bazarında bu il keçirilən ilk hərracda nəhəng Sakit okean yırtıcı balığı 74,2 milyon ienaya (640 min dollara yaxın) satılıb.
 
ADALET.AZ  teleqraf.com-a istinadən bildirir ki, bu, əsrin əvvəlindən bəri qeydə alınmış ikinci yüksək qiymətdir. Belə ki, 2013-cü ildə keçirilən bir hərracda satılan yırtıcı balığın yekun qiyməti 155 milyon iena (həmin dövrün kursu ilə 1,3 milyon dollar) olub. Aomori prefekturası sahillərində ovlanan budəfəki yırtıcı balığın çəkisi 212 kiloqramdır.
 
Ötən il keçirilən hərracda satılan yırtıcının qiyməti 14 milyon iena (117 min dollar) olub.

Qeyd edək ki, Yaponiyada keçirilən iri yırtıcı balıq hərracı yeni il bayramından sonra işgüzar həyatın ilk istiqamətvericisi olur. Bu hərrac ölkə iqtisadiyyatında "küləyin istiqamətini" müəyyən edir. Hərracdakı qiymət göstəriciləri hadisələrin sonrakı inkişafı ilə heç də hər zaman üst-üstə düşmür. Ancaq iri yırtıcı balığın ilk hərracda yüksək qiymətə satılması Yaponiyada yaxşı əlamət kimi qəbul olunur.

Tsukidzi bazarı satış həcminə görə Yaponiyanın ən böyük topdan satış bazarı və dünyanın ən böyük balıq bazarı hesab olunur. Bazarın 80-dən çox yaşı var. Bazara şöhrəti məhz balıq məhsulları və iri yırtıcı balıq hərracı gətirib. Bura Yaponiya paytaxtına gələn turistlərin sevimli məkanlarından biridir.