adalet.az header logo
  • Bakı 20°C
05 Yanvar 2017 22:22
7155
DÜNYA
A- A+

Polis canı bahasına qətliamın qarşısını aldı

Türkiyənin İzmir şəhərində partlayıcı yüklənmiş avtomobil və müxtəlif partlayıcı qurğularla böyük qətliam həyata keçirməyə çalışan terrorçuların qarşısının alınmasında Fethi Sekin adlı polisin xüsusi rolu olub.

Adalet.az-ın məlumatına görə, terrorçuların prvokasiyasından vaxtında xəbər tutan polis son gülləsinə qədər onlarla atışıb.

Lakin qanlı olay zamanı Fethi Sekin həyatını itirib.

Qeyd edək ki, Türkiyə Baş nazirinin müavini Veysi Kaynak və İzmir valis Erol Ayyıldız da adıçəkilən polisin qəhrəmanlığına xüsusi diqqət çəkib.