adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
05 Yanvar 2017 21:21
6376
DÜNYA
A- A+

Türkiyədəki partlayışla bağlı ilk rəsmi - AÇIQLAMA

"İzmir şəhərində Ədliyyə binası yaxınlığında baş vermiş partlayış PKK terror təşkilatı tərəfindən həyata keçirilib”.

Adalet.az-ın "Anadolu agentliyi”nə istinadən verdiyi məlumata görə, bu barədə İzmir valisi Erol Ayyıldız bildirib.

Valinin sözlərinə görə, 2 terrorçu ölü şəkildə ələ keçirilib: "Bayraqlı ədliyyəsinin qarşısından bir avtomobil keçərkən polislərimiz onu saxlamaq istəyib, silahlı atışma olub. Terrorçular hadisə yerindən qaçmaq istəyərkən bombalı maşın partladılıb və bunun nəticəsində baş verən atışma zamanı 1 polis və 1 ədliyyə işçisi şəhid olub. 3-ü polis, 4-ü mülki vətəndaş olmaqla 7 nəfər yaralanıb”.