adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
05 Yanvar 2017 20:55
16952
DÜNYA
A- A+

İzmirdəki terrorda ölü sayı artır: 2 ölü, 10 yaralı - YENİLƏNİR - VİDEO

Bu gün Türkiyədə növbəti dəfə partlayış törədilib.

Adalet.az-ın DHA-ya istinadən verdiyi məlumata görə, Türkiyənin İzmir şəhərində məhkəmə binasının yaxınlığında iki avtomobil partladılıb.

DHA-nın məlumatında o da bildirilir ki, partlayış bomba yüklənmiş avtomobillə törədilib.
Hadisə yerində çoxlu sayda yaralıların olduğu bildirilir.Ona görə də hadisənin baş verdiyi əraziyə təcili yardım maşınları göndərilib.

Son məlumata görə, məhkəmə binası qarşısında baş verən bombalı hücumda iştirak edən terrorçuların hər ikisi öldürülüb.

İlkin məlumatlara görə, hadisə nəticəsində 10 yaralı var. 

Son məlumatlara görə, terror hadisəsi zamanı 1 ədliyyə işçisi və 1 polis hadisə nəticəsində dünyasını dəyişib.

Türkiyənin İzmir şəhərində Ədliyyə Nazirliyiinin yerli idarəsinin binası yaxınlığında törədilmiş partlayış nəticəsində 2 nəfər şəhid olub, 10 yaralı var.Modern.azsaytı Türkiyə mediasına istinadən xəbər verir ki, həlak olanlardan biri polis əməkdaşı, digəri isə ədliyyə işçidir.

Məlumata görə, partlayışı törədən terrorçulardan ikisi məhv edilib. Digər terrorçu isə axtarılır.

****

Hadisə İzmir Ədliyyə Nazirliyinin yerli idarəsinin binası yaxınlığında baş verib.

Məlumatda qeyd olunub ki, partlayışın səbəbi hələlik məlum deyil. Yaralananların olduğu bildirilir... Hadisənin terror olduğu ehtimal edilir.


***

Türkiyə KİV-nin məlumatına görə, partlayış növbəti terror aksiyasıdır. Partlayışdan sonra terrorçularla polis əməkdaşları arasında atışma olub. Polis iki terrorçunu zərərsizləşdirib. Daha bir terrorçunun isə axtarıldığı bildirilir...

***


"Anadolu" Agentliyinin məlumatına görə, hadisə nəticəsində 2-si polis olmaqla 7 nəfər yaralanıb. "Hürriyet" isə yaralananların sayının 10-a çatdığını bildirir. Onlar xəstəxanalara çatdırılıblar...



***

"Anadolu" Agentliyinin məlumatına görə, terakt nəticəsində 1 polis və 1 ədliyyə işçisi həlak olub...