adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
05 Yanvar 2017 19:00
4690
HADİSƏ
A- A+

SOCAR-ın platformasında meydançanın bir hissəsi çöküb

Dünən axşam saatlarında SOCAR-ın N.Nərimanov adına Neft-Qazçıxarma İdarəsinin (NQÇİ) "Ələt” yatağındakı 41 saylı platformasında meydançanın dizel yanacağı tutumunun altındakı hissə çöküb.

Adalet.az xəbər verir ki, SOCAR-dan APA-ya verilən məlumata görə, görülən tədbirlər nəticəsində müvəqqəti tutum qoyulub ki, yatağın elektrik enerjisi ilə təchiz olunması tam olaraq təchiz edilsin.

Məlumata görə, bu gün səhər saatlarından SOCAR-ın "Neftqazelmitədqiqatlayihə” İnstitutunun əməkdaşları hadisə yerinə cəlb olunub: "Artıq tutum öz yerinə qoyulub”.

Dövlət şirkətindən bildirilib ki, hadisə nəticəsində ölən və yaralananlar yoxdur. Bununla yanaşı, sütun germetik bağlı olduğundan dənizə heç bir dağıntı olmayıb.