adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
05 Yanvar 2017 18:29
5733
HADİSƏ
A- A+

Bakı-İstanbul aviareysi təxirə salınıb

Bu gün Bakıdan İstanbulun Sabiha Gökçen hava limanına yerinə yetirilməli olan aviareys təxirə salınıb.

Adalet.az xəbər verir ki, aviareys Bakı vaxtı ilə saat 06:10-da "Türk Hava Yolları" şirkəti tərəfindən yerinə yetirilməli idi.

Türkiyənin "Anadolu" agentliyi isə yazır ki, qonşu ölkədə hökm sürən əlverişsiz hava şəraiti səbəbindən 6-7 yanvar tarixlərində Sabiha Gökçen hava limanına olan aviareyslərin sayı 20-25% azalacaq.