ANA SƏHİFƏ / İDMAN

7 güləşçimiz ilk onluqda – REYTİNQ

4068    |   2017-01-05 18:09
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dünya Güləş Birliyi ötən ilin yekunlarına əsasən, 2017-ci ilin ilk reytinq siyahısını açıqlayıb.

Adalet.az goal.az-a istinadən xəbər verir ki,sərbəst güləşçilərimizdən 15 nəfəri Dünya Güləş Birliyinin reytinq siyahısında öz yerlərini tutub. Onlardan 7-si öz çəki dərəcələrində ilk onluğa daxil ola bilib.

Rio Yay Olimpiya Oyunlarının gümüş medalçıları Toğrul Əsgərov (65 kq) və Xetaq Qazyumov (97 kq) reytinqdə də 2-ci sırada qərarlaşıblar. Olimpiadanın bürünc medalçıları Hacı Əliyev (61 kq), Cəbrayıl Həsənov (74 kq) və Şərif Şərifov (86 kq) reytinq siyahısında 3-cüdürlər.

Qeyri-olimpiya çəki dərəcəsində Dünya çempionatının bürünc medalçısı Əhmədnəbi Qvarzatilov (61 kq) da reytinqə 3-cü sıradan daxil olub.

Onluğa daxil daha bir güləşçimiz isə Cəmaləddin Məhəmmədov (125 kq) olub.

57 kq
3. Hacı Əliyev - Olimpiya Oyunları 3-cü yer (3)
13. Georgi Edişeraşvili - Qızıl Qran Pri 1-ci yer (nr)
16. Mircəlal Həsənzadə - Almaniya Qran Pri turniri 2-ci yer (13)

61 kq
3. Əhmədnəbi Qvarzatilov - Dünya çempionatı 3-cü yer (nr)

65 kq
2. Toğrul Əsgərov - Olimpiya Oyunları 2-ci yer (2)
14. Məhəmməd Müslümov - Əli Əliyev turniri 1-ci yer (16)
20. Teymur Məmmədov - Əli Əliyev turniri 2-ci yer (18)

70 kq
14. Gitinomaqomed Hacıyev - Qızıl Qran Pri 2-ci yer (nr)
15. Hacımurad Ömərov - U-23 Avropa çempionatı 2-ci yer (8)

74 kq
3. Cəbrayıl Həsənov - Olimpiya Oyunları 3-cü yer (4)

86 kq
3. Şərif Şərifov - Olimpiya Oyunları 3-cü yer (3)
11. Nurməhəmməd Hacıyev - Almaniya Qran Pri turniri 1-ci yer (10)
14. Aleksandr Qostiyev - Avropa çempionatı 2-ci yer (13)

97 kq
2. Xetaq Qazyumov - Olimpiya Oyunları 2-ci yer (2)

125 kq
10. Cəmaləddin Məhəmmədov - Almaniya Qran Pri turniri 1-ci yer (11)

Qeyd: İdmançıların adları qarşısında onların iştirak etdikləri son yarışlarda əldə etdiyi ən yüksək nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.




İmza:
SON XƏBƏRLƏR
2017-01-21
2017-01-20


VİDEO