adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
05 Yanvar 2017 18:00
10250
İQTİSADİYYAT
A- A+

Nazirdən neftin qiyməti ilə bağlı AÇIQLAMA

"OPEK-in iclasları çərçivəsində görülən tədbirlərin dünya bazarında neftin qiymətlərinə təsiri oldu”.

Adalet.az xəbər verir ki, bunu Trend-ə Energetika naziri Natiq Əliyev deyib.

Nazir hesab edir ki, həmin tədbirlərin bundan sonra da təsiri olacaq:

"Ancaq o qədər də böyük təsir gözləmək lazım deyil. Biz hesab edirdik ki, iclasda qəbul edilən qərarlar neftin bir barelinin qiymətini 60 dollara qədər artırsın”.

N.Əliyevin fikrincə, bu il dünya bazarında neftin qiyməti dünya iqtisadiyyatının inkişaf tempindən asılı olacaq:

"Bu il dünya iqtisadiyyatında böyük sıçrayış olacaqsa, iqtisadi inkişaf tempi müşahidə olunacaqsa, onda neftin qiyməti daha da bahalaşa bilər”.