adalet.az header logo
  • Bakı 11°C
05 Yanvar 2017 17:01
23176
ŞOU-BİZNES
A- A+

Yerli məşhurlar sosial şəbəkədəki paylaşımlarına görə qınaq obyektinə tutuldular

Azərbaycanın tanınmış simalarınınböyük əksəriyyəti aktiv sosial şəbəkə istifadəçiləridir.

Demək olar ki, onlar şəxsi "Instagram”, "Facebook”, "Twitter”və s. səhifərində yaydıqları klip, fotoşəkil,tənqidi fikir və müxtəlif paylaşımları ilə tez-tez gündəmə gəlirlər. Buna görə onlarıbəyənən, bəyənməyən, qınayan, bir sözlə, müxtəlif fikir bildirən izləyiciləri olur.

Sosial şəbəkələrdə yayılmış növbəti paylaşımlardan biri də qınaq xarakterlidir. Söhbət müğənnilərMətanət Əsədova, Nadir QafarzadəƏməkdar artistElza Seyidcahandan gedir.

Hər üç məşhur "Facebook” hesabında müxəlif şərh paylaşıb, ammahər biri eyni sözü - "səhv” sözünü düzgün yazılış qaydasında yazmayıb. Ümumiyyətlə, bir cümlədə bir neçə qrammatik səhvə yol veriblər. Məsələn, Nadir Qafarzadə"Bilinmir ki, kim kiminsəhvini tutur, biabırçılıq”, Mətanət Əsədova"Səhvsözünü düz yaza bilmir, bağışlamaqdan danışır”, Elza Seyidcahan isə "Bir insanın səhvini bir dəfə bağışlayıram, çünki ikinci şansı olmur”yazmaq istədiyi halda, Azərbaycan ədəbi dilinin norma və üslublarını kobud şəkildə pozaraq aşağıdakı formada paylaşım edib. Bu isə yenə də sosial şəbəkə izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb.