adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
05 Yanvar 2017 16:55
11346
MƏMLƏKƏT
A- A+

Avropadan soyuq hava gəlir

Növbəti 3 gün ərzində paytaxtda yağmursuz hava şəraiti davam edəcək.

Bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru müavini Gülşad Məmmədova Türkiyəyə doğru hərəkət edən antisiklonun Azərbaycana təsirindən danışarkən deyib.

O, yaxın 3 gün ərzində havanın temperaturunda mühüm dəyişiklik olmayacağını bildirib:

"Ölkə ərazisində havada kəskin dəyişikliklər olmayacaq. Arabir zəif cənub küləyi əsəcək. Hava gün ərzində 9-14 dərəcə arasında dəyişəcək. Bölgələrdə də yağmursuz hava şəraiti müşahidə olunacaq. Temperatur gün ərzində 10-15, dağlıq ərazidə isə 5-10 dərəcə olacaq”.

Qeyd edək ki, türkiyəli sinoptiklər cümə günündən etibarən Avropadan Türkiyəyə soyuq hava dalğasının daxil olacağını açıqlayıblar.