adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
05 Yanvar 2017 16:04
7373
SİYASƏT
A- A+

Latviya prezidenti Azərbaycana səfər edəcək

Latviya prezidenti Raymonds Veyonisin bu il Azərbaycana səfəri planlaşdırılır.

Adalet.az-ın Latviya Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumatına görə, səfər bu ilin ilk yarısında gerçəkləşəcək.
Latviyanın xarici işlər naziri Edqards Rinkevişsin də bu ilin ilk yarısında Azərbaycana səfəri gözlənilir.
Qeyd edək ki, R. Veyonis keçən il martda 4-cü Bakı Qlobal Forum çərçivəsində Azərbaycana gəlməli idi. Lakin səhhətindəki problemlər səbəbindən səfər təxirə salınmışdı.