adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
05 Yanvar 2017 15:25
5904
GÜNDƏM
A- A+

VAY DƏDƏM VAY, MƏN VƏ DOSTLARIM CƏHƏNNƏMDƏ YANACAĞIQ Kİ

Qardaş ölkədə bir Cübbəli Hoca meydana çıxıb və elə meydan da sulayır. Televizyonlar da ona geninə-boluna elə suladığı meydan boyda meydan veriblər. Ara qarışdırmaqla, adamların arasına nifaq salmaqla, dini radikalizmi təbliğ etməklə məşğuldu. Gözün üstə qaşın var deyən də yoxdu.

O gün də deyir:

- Şahmat oynayanlar hamısı kafirdi və cəhənnəm odunda yanacaqlar. Oyunu izləyənlər də elə bil ki donuz əti yeyirlər, onlar da cəhənnəmə vasil olacaqlar.

Vay dədəm vay! Tərs kimi mən də, mənim bütün dostlarım da şahmat xəstəsiyik. Yaman zibilə düşdük.

Şahmat ağıl, zəka tələb edən oyundu. O Cübbəli Hocaya da zəkalı insanlar lazım deyil. Tualetə gedərkən aftafanı sağ əllə, yoxsa sol əllə götürməyi müzakirə eləyənlər lazımdı.