adalet.az header logo
  • Bakı 20°C
05 Yanvar 2017 14:33
8950
DÜNYA
A- A+

SURİYADAN GƏLƏN ŞÜBHƏLİ ŞƏXS

Saytlar bir şəkil paylaşıblar ki, bu terrorçudu, Suriyadan gəlib və Daxili İşlər Nazirliyi axtarır. Sosial şəbəkələr də qoşulub saytlara, vur çatlasın axtarırlar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti də açıqlama verib ki, ay dostlar, hansı mənbəyə əsaslanıb bunu yazırsınız? Şəkildə olan şəxs itkin düşmüş Özbəkistan vətəndaşıdı, yəni özbəkdi, özü də nə müddətdi itkin düşüb.

Dostlar, insanlarda boşuna vahimə yaratmayın, insanların hisləri ilə oynamayın. Burası Türkiyə deyil, burası Azərbaycandı.