adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
05 Yanvar 2017 14:41
6021
GÜNDƏM
A- A+

BU RUSLAR HAMISI BİR-BİRİNƏ OXŞAYIR

«Mimino»do belə bir səhnə olub, sonra senzura həmin səhnəni qayçılayıb filmdən çıxarıb. Deməli, belə. Valiko ilə Rubik pilləkanla aşağı enirlər. Gözünüzün qabağına gətirin, biri uzun, qaraqaş, qaragöz, qara bığlı gürcü, biri də alçaqboylu, dolu bədənli. Və bunların heç birinin rusa oxşarlığı yoxdu. Foyedə dayanmış yaponlar onlara baxıb deyirlər:

- Bu ruslar bir-birinə nə yaman oxşayır ey.

Danelianın bu səhnədə sətiraltı nə demək istədiyini özünüz axtararsınız.

Bizim üçün bütün yaponlar hamısı bir-birinə oxşayır, hətta çinlilərlə yaponları da ayırd edə bilmirik. Eləcə də bütün özbəklər, bütün qırğızlar bir-birinə oxşayır bizim üçün.

İndi türk qardaşlarımız da elə biz ağılda olduqlarından harda qıyıq göz görürlər (özbək, qırğız, uyğur) yuxarıda yazdığım kimi, salırlar təpiyin altına.