adalet.az header logo
  • Bakı 21°C
05 Yanvar 2017 14:35
42843
DÜNYA
A- A+

QAQA, VALLAH, MƏN TERRORÇU DEYİLƏM

Deməli, qardaş Türkiyədə «Reina» klubunda 39 nəfəri qətl edən, 65 nəfəri yaralayan terrorçunun şəkillərini əmniyyət təşkilatı yayıb. Qıyıq gözdü, indi Türkiyədə, daha doğrusu, İstanbulda harda ona oxşayan qıyıq göz görürlər salırlar təpiyin altına, it sürütməsi eləyirlər. O gün də birini döyürdülər, o da yalvarırdı ki, vallah, mən terrorçu deyiləm. Polis güc-bəla ilə əllərindən aldı.

Tərs kimi mənim ata tərəfim də hamısı qıyıq gözdü. Hamısına xəbər göndərdim ki, çalışın ara soyuyanadək İstanbula getməyin. Elə bizim bir əməkdaşımız Mehriban xanım da qıyıq gözdü, dedi, müəllim, mən də getməyim o tərəflərlə. Dedim, yox, sənə aid deyil, sən xanımsan.