adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

Terroru lənətləyən yazılar yazaq!

OĞUZ AYVAZ
38950 | 2017-01-05 14:12

Son günlərbaş verən insan ölümləri, terror hadisələri məni əməlli-başlı sarsıdır. Dünyayanə qədər sevgim olsa da, bu sevgi günü-gündən qorxuya çevrilir.


Yeni il günü şəhərdə dostlarımla gəzərkən, onlarında bu qorxuya tutulduqlarını gördüm. Şəhərin mərkəzi tərəfində açılmış xeyriyyəyarmarkasının içindən keçə bilmədik. Dostum dedi ki, burda adamlar çoxdu, birdənbomba partlayar. Mən ölmək istəmirəm, yaşamaq gözəldir – dedi. Bu sözlərdən sonraxeyli kədərləndim.


Türkiyədə baş verən ölümlər artıq alışılmış,sıradan xəbərlər kimi görünür.

Nə qədər insan ölməlidir?

Nə qədər əsgərlər şəhid olmalıdır?

Nə qədər sivil insanlar qətl edilməlidir?

İndi birlik və həmrəylik vaxtıdır!

Terroru lənətləyək!

Bizim silahımız qələmimizdir, vicdanımızdır!

Terroru lənətləyən yazılar yazaq!

Dünyada uşaqlar ölməsin!


TƏQVİM / ARXİV