adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
05 Yanvar 2017 14:03
10329
İQTİSADİYYAT
A- A+

Rusiya bu məhsulu ən çox Azərbaycana və ukraynaya ixrac edir

Rusiya 2016-cı ildə xarici ölkələrə 230 min ton həcmində kartof satıb. Rusiya kartofunun əsas alıcıları Azərbaycan və Ukraynanın şərq regionları olub.

Adalet.az  xəbər verir ki, ötən kənd təsərrüfatı ilində (2015-ci il iyul-2016-cı il iyun) Rusiyanın kartof bazarı yüksək məhsuldarlıq dövrünü yaşayıb. 2015-ci ildə rəsmi statistikaya görə, 33,6 mln. ton kartof istehsal olunub. Bu, son beş ilin orta göstəricisindən 16% yüksəkdir.

Rusiya Statistika Komitəsinin məlumatına görə, əmtəəlik sektorun istehsal etdiyi məhsulun həcmi 7,5 mln. ton təşkil edib. Qalan məhsul isə özəl yardımçı təsərrüfatlar tərəfindən təmin edilib.

Məhsulun çoxluğu Rusiya bazarında 2016-cı ilin birinci yarısında qiymətlərin xeyli ucuzlaşmasına gətirib çıxarıb. İlin sonunu əksər təsərrüfatçılar hətta zərərlə başa vurub. Belə olan halda, əkin sahələrinin azaldılması barədə qərar verilib. Nəticədə, kənd təsərrüfatı sahələri 5% azaldılaraq, 193 min hektaradək, kəndli-fermer təsərrüfatları üzrə isə 4%, yəni 145 min hektara kimi azaldılıb. Ekspertlər cari, 2016-2017-ci kənd təsərrüfatı ilinin yekunlarının birmənalı olmayacağını proqnozlaşdırırlar.