ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Müsabiqə iştirakçılarına sertifikatlar təqdim olundu

4673    |   2017-01-05 14:07
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dekabrın 30-da Bakı Yunus Əmrə İnstitutunda məşhur türk yazıçısı Əhməd Hamdi Tanpınarın yaradıcılığına həsr edilmiş "Tanpınarı kəşf edirəm” adlı esse yarışmasının iştirakçıları ilə görüş keçirilib.

İnstitutun direktoru İbrahim Yıldırım yarışmanın əsas məqsədini açıqlayıb.

Bildirib ki, Əhməd Hamdi Tanpınarı tanıtmaq məqsədilə təşkil olunan müsabiqə çox böyük uğurla başa çatıb.

Natiq yazıçının yaradıcılığına Azərbaycan oxucusunun verdiyi yüksək qiyməti dəyərləndirib. Bildirib ki, çox böyük sevgi ilə yazıçının əsərləri analiz edilib. Natiq türk ədəbiyyatı tarixində silinməz iz qoyan Əhməd Hamdi Tanpınarın yaradıcı şəxsiyyət olaraq türk ədəbiyyatında tutduğu mövqeyi və ən əsası dünya oxucusuna aşılamaq istədiyi böyük mətləbləri yarışma iştirakçılarının layiqincə əhatə etdiyini söyləyib və hər bir iştirakçıya minnətdarlığını bildirib.

Tədbirdə 5 əsas qalib çıxış edərək eyni mədəniyyəti paylaşan iki qardaş xalq arasında anlaşma və birliyə belə ədəbi müsabiqələrin böyük təkan verdiyini bildiriblər.

Sonda İbrahim Yıldırım beş əsas qalibdən başqa digər iştirakçılara müsabiqəyə qatıldıqları üçün sertifikatlar təqdim edib.


İmza:
SON XƏBƏRLƏR
2017-02-27


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Manatı görən olubmu?

Hə (76.92%)
Yox (23.08%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Məktəbdə valideyn iclasıdır, 

Sinif rəhbəri: - Ötən iclasda qərara aldıq ki, sinifi təmir eləyək. Təmiri maliyyələşdirmək üçün namizədlər Toğrulun, Talehin, Günelin və Nəzrinin ataları idi. Qalib ən varlı ata - Talehin atası oldu. 

 Talehin atası təəccüblə: - Niyə mən? Nəzrinin atası millət vəkilidi, Toğrulun atası icra başçısıdı, Günelin atası isə üç zavodun yiyəsidi. Mən yazıq bazarda alver edirəm. 

 Sinif rəhbəri: - Orası elədi. Amma vergi bəyənnaməsinə görə, ən varlı adam siz çıxdınız.



digər lətifələr
ARXİV
FACEBOOK