adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
05 Yanvar 2017 12:02
9278
ƏDƏBİYYAT
A- A+

Nobel komitəsinin 50 il gizlətdiyi sənəd

İsveç Akademiyası 1966-cı ildə Nobel Ədəbiyyat mükafatına namizəd olan yazıçı və şairlərin adlarının yer aldığı məxfi sənədləri açıqlayıb. 

Adalet.az-ın rus mətbuatına istinadən verdiyi məlumata görə siyahıda rus şair Anna Axmatovanın da adı var.

Həmən il Nelli Zaks və Şmuel Aqnonun yerinə mükafatı Anna Axmatova ala bilərdi.

Akademiyanın saytında yer alan arxiv materiallarına əsasən demək olar ki, həmin il namizədlərin arasında Konstantin Paustovski və Vladimir Nabokov kimi rus dilli yazıçılar da adları olub.

Namizədlər arasında sonradan Nobel mükafatı almış Samuel Bekket, Pablo Neruda, Henrix Böll və Yasunari Kavabata kimi yazarlar da var.

Qeyd edək ki, Nobel Ədəbiyyat mükafatına namizədlərin siyahısı 50 il gizli saxlanılır.