adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
05 Yanvar 2017 11:21
22138
ŞOU-BİZNES
A- A+

“Məni “baş ağrısı” hesab edirlər” – Anar Nağılbaz

Məşhur rep ustası Anar Nağılbaz işsiz qalmasına aydınlıq gətirib.

Reper bildirib ki, sosial şəbəkədə iş axtarmağı ilə bağlı elandan sonra onunla ancaq media nümayəndələri maraqlanıb:

"Məcburiyyət qarşısında qalıb status yazdım. Ondan sonra elə jurnalistlər maraqlanır, yenə də sağ olsunlar. Bir neçə dost da yazıb, hələ konkret bir iş yoxdur, amma yenə Allaha təvəkkül.”

Anar Nağılbaz qeyd edib ki, son 2-3 ildə dəfələrlə televiziya rəhbərlərinin çoxuna müraciət edib: "Dövlət strukturlarına da yazmışam, nəticə məlumdur. Biri deyib yerlərimiz doludur, gözlə, boş vakansiya olsa deyərik, digərləri də belə. Yəni deyirsiz satıcı da düzələ bilməyəcəm?”

Rep ifaçısı işsiz qalmasını yaradıcılığı ilə əlaqələndirir: "Onlara düz söz oxuyan reper lazım deyil. Artıq baş ağrı sayırlar, amma işlədiyim bütün müddətlərdə sadiq olmuşam, rep sənətini də demək olar dayandırmışam. Bir neçə mahnılarım var, vəssalam.”