adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
05 Yanvar 2017 11:05
6841
DÜNYA
A- A+

Rusiyada zəncirvarı qəza - Ölən və yaralananlar var

Rusiyanın Altay vilayətinin federal yolunda baş verən zəncirvarıqəza nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb.

Adalet.az RİA Novosti-yə istinadən xəbər verir ki, qəza Kosixinski rayonunun Ukrainski qəsəbəsində baş verib.

Dörd nəqliyyat vasitəsi – "LAZ"vəHiger avtobusları, yük maşını "Qazel”, "Audi Q7” avtomobili toqquşub.

İlkin məlumata görə, qəza nəticəsində üç nəfər ölüb, 23 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.Onlardan ikisi yeniyetmədir, 15 nəfər xəstəxanaya yatırılıb.

Qəzanın nəticələrinin aradan qaldırılması üçün 100 xilasedici və 29 ədəd texnika cəlb edilib. Federal yolda hərəkət qəzadan 5saat sonra bərpa edilib. Qəzanınsəbəbləri aydınlaşdırılıb.