Bakıda birinci şahmat turniri start götürüb – FOTO
Bakıda bu ilin ilk şahmat turniri –Fuad Cəfərov Memorialı start götürüb.
Adalet.az xəbər verir ki, şahmat festivalının proqramında bir neçə turnir yer alır – rapid, blits, uşaq (10 yaşa qədər), beynəlxalq reytinqin nəzərə alınması ilə açıq turnir və beynəlxalq qrossmeyster norması ilə baş turnir.
Turnirlərdə beş ölkənin (Rusiya, Fransa, Gürcüstan, İran və Azərbaycan) idmançıları iştirak edir.
Ümumiyyətlə, turnirlərdə müxtəlif səviyyəli 200 şahmatçı iştirak edəcək.
Açıq turnirdə 62 idmançı oynayır. "Caspian Guest House” hotelində beynəlxalq qrossmeyster və ya usta adı uğrunda mübarizə aparılanbaş turnirdə, hər birində 3 şahmatçının olduğu 4 komanda yarışır. Ekspertlər komandasında təcrübəli qrossmeysterlər (RusiyadanDenis Yevseyev, GürcüstandanBenidze Davidvə BakıdanÜlvi Bacarani) imtahançı qismində iştirak edirlər. "Balion”, "Caspian” və "Young Stars” komandalarının idmançıları isə imtahanı uğurla verib, öz ad və reytinqləriniyüksəltməyə ümid edirlər.