adalet.az header logo
  • Bakı 20°C
05 Yanvar 2017 10:49
14284
MƏDƏNİYYƏT
A- A+

Azərbaycan filmi daha bir beynəlxalq festivalda

Rafiq Əliyev və Cavid Təvəkkülün "Dərs” bədii filmi 15-ci Dəkkə Beynəlxalq Film Festivalının "Uşaq filmləri” bölümünə dəvət alıb.

Mədəniyyət və Turizm Nazirliyindən Adalet.az-a verilən məlumata görə, festival 12-20 yanvar tarixlərində Banqladeşin paytaxtı Dəkkə şəhərində keçiriləcək.

"Dərs” tammetrajlı bədii filmi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.

Filmin beynəlxalq təqdimatı Almaniyanın 34-cü Münhen Film Festivalında baş tutub. Film Rusiyanın 25-ci "Kinoşok” Beynəlxalq Film Festivalının "KinoMalıŞok” proqramının "Ən yaxşı film”, Belarusun 23-cü "Listapad” Minsk Beynəlxalq Film Festivalının "Qızıl Listapadik” mükafatlarına layiq görülüb. "Dərs” filmi, həmçinin Hindistanın 5-ci Delhi Beynəlxalq Film Festivalında nümayiş olunub.

Filmin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Fikrət Ələkbərov, bəstəkarı Tünzalə Ağayeva, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva, Nazim İbrahimov, Mənsurə Əhmədova və digərləri canlandırıblar.