adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
05 Yanvar 2017 22:30
10667
DÜNYA
A- A+

Türkiyə İŞİD-i bombaladı

Türkiyə Silahlı Qüvvələri Suriyada apardığı "Fərat qalxanı" əməliyyatının 135-ci günündə də İŞİD mövqelərinə zərbələr endirib.

Adalet.az-ın Türkiyə SQ Baş Qərargahına istinadən verdiyi məlumata görə, antiterror əməliyyatı çərçivəsində İŞİD-in 74 mövqeyi müəyyən edilərək döyüş postları, səngərlər, avtomobillər atəşə tutulub.

Baş Qərargahın məlumatına əsasən, 20 terrorçu zərərsizləşdirilib. Onlardan birinin İŞİD əmiri olduğu deyilir.

Bundan başqa, Türkiyə qırıcılarının zərbələri nəticəsində 28 İŞİD hədəfi məhv edilib, 18 terrorçu zərərsizləşdirilib.