adalet.az header logo
  • Bakı 13°C
05 Yanvar 2017 10:30
8466
İQTİSADİYYAT
A- A+

Mərkəzi Bankdan uçot dərəcəsi ilə bağlı açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) 2017-ci ildə uçot dərəcəsinin artacağını istisna etmir.
2016-cı ildə Azərbaycanda uçot dərəcəsi 4 dəfə artıb. Sonuncu dəfə uçot dərəcəsi 2016-cı il sentyabrın 14-də 9,5%-dən 15%-dək artırılıb.

Adalet.az bu barədə "İnterfaks-Azərbaycan” agentliyinə istinadən xəbər verir.

"2017-ci ildə pul kütləsinin sterilləşdirilməsi zərurəti yarandıqda, bu məqsədlə uçot dərəcəsinin artırılması AMB-nin diqqət mərkəzində olacaq”, - deyə bankdan bildirilib.

Cari ildə Mərkəzi Bankın pul siyasəti alətləri monetar məqsədlərə nail olunmasına yönəldiləcək.
"2017-ci ildə AMB bankların qısamüddətli likvidliyinin idarə olunması üçün qısamüddətli resursların cəlb olunması üzrə alətlərdən geniş şəkildə istifadə etməyi planlaşdırır.

"Bu il Mərkəzi Bank açıq bazarda aktiv əməliyyatları da davam etdirəcək. Bu əməliyyatlara depozit hərracları və AMB-nin qısamüddətli notlarının yerləşdirilməsi daxildir”, - deyə məlumatda qeyd edilir.

AMB 2017-ci ildə ortamüddətli məcburi rezervləşdirmə normaları rejimini tətbiq etməyi planlaşdırır ki, bu da banklara likvidliyi çevik şəkildə idarə etməyə imkan verəcək.