adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
05 Yanvar 2017 09:31
6769
DÜNYA
A- A+

Kanadada iki təyyarə toqquşub

Kanadanın Toronto şəhərində beynəlxalq hava limanında iki sərnişin təyyarəsi toqquşub.

Adalet.az-ın xəbərə görə, havaya qalxmağa hazırlaşan təyyarənin qanadı terminalda dayanmış digər təyyarənin qanadına dəyib.

Təyyarələrin "Pakistan International Airlines” və "Air France” şirkətlərinə məxsus olduğu bildirilir.

İnsident nəticəsində zərərçəkən olmayıb. Qəzanın səbəbləri barədə məlumat verilmir. Lahor şəhərinə uçan Pakistan təyyarəsinin uçuşu ləğv edilib. Sərnişinlər digər təyyarə ilə Lahora göndəriləcək.