adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
05 Yanvar 2017 09:09
9155
İQTİSADİYYAT
A- A+

Neftin qiyməti ucuzlaşdı

Dünya bazarlarında neftin qiyməti ucuzlaşıb.

Bu barədə Adalet.az London və Nyu-York birjalarında keçirilən hərracların nəticələrinə istinadən xəbər verir.

Belə ki, London birjasında Brent markalı neftin mart fyuçerslərinin qiyməti 0,28% azalaraq bir barelə görə 56,30 dollar olub.

Nyu-York birjasında WTI neftinin bir bareli 0,21% ucuzlaşaraq 53,15 dollara satılıb.

Qeyd edək ki, APA-nın məlumatına görə isə, OPEK ölkələrinin hasilatın müəyyən olunmuş səviyyədə dondurulması ilə bağlı qərara əməl edəcəklərinə şübhələrin artması neftin qiymətinin ucuzlaşmasına səbəb olub.