adalet.az header logo
  • Bakı 20°C
04 Yanvar 2017 21:54
15800
MƏDƏNİYYƏT
A- A+

Azərbaycan filmi beynəlxalq festivalda

Rafiq Əliyevin və Cavid Təvəkkülün "Dərs” bədii filmi 15-ci Dəkkə Beynəlxalq film festivalının "Uşaq filmləri” bölümünə dəvət alıb.

Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasından bildirilib ki, festival yanvarın 12-dən 20-dək Banqladeşin paytaxtı Dəkkədə keçiriləcək.

"Dərs” tammetrajlı bədii filmi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. Filmin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu operatoru Rauf Qurbanəliyevdir. Ekran əsərinin quruluşçu rəssamı Fikrət Ələkbərov, bəstəkarı Tünzalə Ağayeva, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva, Nazim İbrahimov, Mənsurə Əhmədova və digərləri canlandırıblar.