adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
04 Yanvar 2017 21:24
6664
DÜNYA
A- A+

“Avropa avrodan imtina etməlidir”

Əgər prezident seçilsəm, Fransanın bütün borclarını yeni milli valyuta ilə geri qaytaracam.

Adalet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fransanın ultrasağçı Milli Cəbhə Partiyasının sədri Marin Le Pen söyləyib.

O, Avropa dövlətlərinin avrodan imtina edib, ekyuya (Avropa Birliyində 1979-1998-ci illərdə vahid valyuta sistemində istifadə edilən pul vahidi – red.) qayıtmasının vacibliyini bildirib.

Qeyd edək ki, Le Pen Fransada prezidentliyə əsas namizədlərdən biri hesab edilir. Onun əsas rəqibi Fransanın keçmiş Baş naziri Fransua Fiyon sayılır.