adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
04 Yanvar 2017 21:15
7952
İDMAN
A- A+

Şahmatçımızdan növbəti qələbə

Brisben şəhərində şahmat üzrə "Australian Open" beynəlxalq turniri davam edir.

Adalet.az xəbər verir ki, yarışda ölkəmizi təmsil edən Kənan İzzət dördüncü turda yerli şahmatçı Corc Lester ilə qarşılaşıb. Rəqibini məğlub edən şahmatçımız turnirdə üçüncü qələbəsini qazanıb.

Hesabında 3 xal olan K.İzzət 8-24-cü pillələri bölüşür. Bütün görüşlərini qələbə ilə başa vuran avstraliyalı Maks İllinqvorts və Qene Nakauçi, özbəkistanlı Temur Kuybokarov liderlər qrupunda yer alıblar.