ANA SƏHİFƏ / İQTİSADİYYAT

IFC nümayəndəsinin Azərbaycanda problemli kreditlərlə bağlı tövsiyəsi

7034    |   2017-01-04 14:27
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycanda vaxtı keçmiş kreditlərlə bağlı problemlərin həllinə aktivlərin idarə olunması üzrə ixtisaslaşlmış strukturun yaradılması kömək edə bilər.

Adalet.az xəbər verir ki, bu sözləri Trend-ə Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Ukrayna və Belarusdakı nümayəndəliyinin rəhbəri Rüfət Əlimərdanov deyib.

O qeyd edib ki, ilk növbədə, belə struktur məhdud resursları və ekspertizanı bir agentlikdə cəmləməyə imkan verir: "İkincisi, bu, aktivlərlə daha sistematik və standart iş üsullarının tətbiq olunmasına şərait yaradır. Üçüncüsü və daha vacibi odur ki, bugünkü islahatlar şəraitində iqtisadiyyatın sahələrinin daha nizamlı restrukturizasiyası imkanı yaranır”.

R.Əlimərdanovun fikrincə, bu cür struktura, həmçinin problemli kreditlərin qaytarılmasını sürətləndirməyə imkan verən əlavə səlahiyyətlər verilə bilər: "Burada bir sıra üstünlüklərlə bərabər, bəzi çatışmazlıqlar da var. Məsələn, strukturun müstəqil olmaması və qeyri-səmərəli korporativ idarəetmə zamanı siyasi təzyiq mümkün ola bilər".

Onun sözlərinə görə, Azərbaycanda yaradılmış "ASAN xidmət” ən uğurlu nümunələrdən biridir: "Bundan başqa, məsələn, daşınar əmlakın qeydiyyatı prosesinin təkmilləşdirilməsi vasitəsilə girov qoyulan əmlakın səmərəli reallaşdırılmasına kömək edəcək nizamlayıcı mühit yaratmaq lazımdır”.

R.Əlimərdanov bildirib ki, bütün bunlarla əlaqədar olaraq, "əlverişsiz borclar”la iş təcrübəsi olan xarici ekspertlərin, eləcə də bu sahədə ixtisaslaşmış investorların cəlb olunması tələb oluna bilər. O əlavə edib ki, ABŞ və İrlandiyada bu problem müsbət həll edilib.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, 2016-cı ilin oktyabrın sonuna olan vəziyyətə görə Azərbaycanda vaxtı keçmiş kreditlərin payı bütün kredit təşkilatlarının borclarının 8,7 faizini və ya 1 375,6 milyon manat təşkil edib. Bir il ərzində vaxtı keçmiş kreditlərin həcmi 5,66 faiz artıb, bir ay ərzində isə 14 faiz azalıb.



İmza:
SON XƏBƏRLƏR
2017-05-25


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
İslam oyunlarına gedirsinizmi?

Hə (60%)
Yox (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Teymur dostu Seymura sataşıb onun stuluna rəng tökür. Seymur sinifə girən kimi soruşur:
- Bax gör, bu şalvar mənə yaraşır?
- Hələ bir otur, sonra sual ver! Seymur oturur. Oturan kimi stula yapışır, stulun rəngli olduğunu görüb tez qalxır. Teymur o qədər gülür ki... Seymurun pərt olduğunu görüb gülməyini dayandırıb soruşur:
- Bayaq nə demək istəyirdin?
- Demək istəyirdim ki, dünən idman dərsindən sonra sənin cins şalvarın zalda qalmışdı. Bu gün onu geyinmişəm!




digər lətifələr
ARXİV
FACEBOOK