Düşmən pulemyotlardan mövqelərimizi atəşə tutub
Erməni
silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı
pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini
ümumilikdə 31 dəfə pozub.
Adalet.az-ın
nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Ermənistan
Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə,
İcevan rayonunun Paravakar, Berkaber kəndlərində yerləşən mövqelərdən
Qazax rayonunun Cəfərli, Balacəfərli, Qızılhacılı kəndlərində, Berd
rayonunun Mosesqex, Ayqepar və Çinari kəndlərində yerləşən mövqelərdən
Tovuz rayonunun Ağdam, Əlibəyli, Ağbulaq və Koxanəbi kəndlərində
yerləşən mövqelərimiz atəşə tutulub.
İşğal
altında olan Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Şuraabad,
Nəmirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz
kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları
ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı
Qüvvələrimizin mövqeləri atəşə tutulub.