ANA SƏHİFƏ / KRİMİNAL

Lənkəranda 4 il əvvəl itkin düşmüş qızı qardaşının öldürdüyü müəyyənləşib

11023    |   2017-01-04 11:54
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Lənkəranda 4 il öncə bacısını öldürən şəxs saxlanılıb.

Adalet.az xəbər verir ki, Rayonun hüquq-mühafizə orqanlarındanAPA-nın cənub bürosuna verilən məlumata görə, 2013-cü ildə Nərimanabad qəsəbə sakini, 1988-ci il təvəllüdlü Təranə Polad qızı Ağayevanın itkin düşməsi barədə axtarış elan olunub. Həyata keçirilən istintaq hərəkətlərindən sonra axtarılan şəxsin qardaşı, 28 yaşlı Fuad Ağayev şübhəli şəxs qismində saxlanılıb. İstintaqa verdiyi ifadəsində F.Ağayev ailə münaqişəsi zəminində bacısını öldürdüyünü və meyiti qəsəbə ərazisində yaşayış olmayan yerdə basdırdığını boynuna alıb.

T.Ağayevanın meyiti eksqumasiya olunacaq.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.



İmza:
SON XƏBƏRLƏR
2017-02-24


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Manatı görən olubmu?

Hə (76.92%)
Yox (23.08%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Məktəbdə valideyn iclasıdır, 

Sinif rəhbəri: - Ötən iclasda qərara aldıq ki, sinifi təmir eləyək. Təmiri maliyyələşdirmək üçün namizədlər Toğrulun, Talehin, Günelin və Nəzrinin ataları idi. Qalib ən varlı ata - Talehin atası oldu. 

 Talehin atası təəccüblə: - Niyə mən? Nəzrinin atası millət vəkilidi, Toğrulun atası icra başçısıdı, Günelin atası isə üç zavodun yiyəsidi. Mən yazıq bazarda alver edirəm. 

 Sinif rəhbəri: - Orası elədi. Amma vergi bəyənnaməsinə görə, ən varlı adam siz çıxdınız.



digər lətifələr
ARXİV
FACEBOOK