ANA SƏHİFƏ / İQTİSADİYYAT

Dolların məzənnəsi 14 illik maksimuma yüksəlib

5764    |   2017-01-04 11:33
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dolların məzənnəsi dünyanın əsas valyutalarına nisbətdə qəflətən yüksəlib.

Adalet.az "Bloomberg” agentliyinə istinadən məlumat verir ki, ABŞ-ın milli valyutasının məzənnəsində dəyişikliyi izləməyə imkan verən dollar indeksi əsas valyutalardan olan avro, yapon yeni, funt sterlinq, Kanada dolları, İsveçrə frankı, İsveç kroununa qarşı 2002-ci ildən bəri ən yüksək həddə çatıb.

Yanvarın 3-də avronun dollara qarşı məzənnəsi 1% ucuzlaşaraq 1,0341 dollara düşüb. Bu 2003-cü ildən bəri ən aşağı göstərici sayılır. Belə ki, sonuncu dəfə bu göstərici 2003-cü ilin yanvarın 3-də qeydə alınıb.

Yanvarın 3-də Yapon yeni dollara qarşı 0,6% ucuzlaşaraq 118,6 dollara, Türkiyə lirəsi isə 1,7% ucuzlaşaraq 3,6 lirəyə bərabər olub. Türkiyə lirəsi dollara nisbətdə ən çox ucuzlaşan valyuta olub.

Yanvarın 3-də Moskva birjasında dollar rubla qarşı 91,75 qəpik və ya 60,355 rubla qədər ucuzlaşıb. Amma dünya bazarında dolların möhkəmlənməsi səbəbindən neftin ucuzlaşması rublun məzənnəsinə təsir edib. Dolların bahalaşması fonunda Brent markalı neft 3 dollar ucuzlaşıb. Dünya bazarında trendin bu cür dəyişməsi ilə rubl ucuzlaşmağa başlayıb. Bununla da ticarət əməliyyatları zamanı dollar yenidən 61 rubl həddinə qayıdıb.



İmza:
SON XƏBƏRLƏR
2017-02-27


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Manatı görən olubmu?

Hə (76.92%)
Yox (23.08%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Məktəbdə valideyn iclasıdır, 

Sinif rəhbəri: - Ötən iclasda qərara aldıq ki, sinifi təmir eləyək. Təmiri maliyyələşdirmək üçün namizədlər Toğrulun, Talehin, Günelin və Nəzrinin ataları idi. Qalib ən varlı ata - Talehin atası oldu. 

 Talehin atası təəccüblə: - Niyə mən? Nəzrinin atası millət vəkilidi, Toğrulun atası icra başçısıdı, Günelin atası isə üç zavodun yiyəsidi. Mən yazıq bazarda alver edirəm. 

 Sinif rəhbəri: - Orası elədi. Amma vergi bəyənnaməsinə görə, ən varlı adam siz çıxdınız.



digər lətifələr
ARXİV
FACEBOOK