ANA SƏHİFƏ / YAZARLAR

Azərbaycanda ildə 10-15 min adamı həyata qaytarmaq olar - Adambaşına 1 AZN ayırmaqla!

4599    |   2017-01-03 22:13
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Tanınmış həkimdən hökumətə vacib təklif; Rəşad Mahmudov: "Stend or life” proqramının ölkəmizdə də qəbul olunması ildə 15 minə yaxın kəskin infarkt xəstəsi olan insanların azı 90 faizinin həyata normal şəkildə qaytarılması deməkdir”

Millət vəkili, tanınmış ürək-damar cərrahı, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İdarə heyətinin sədri Rəşad Mahmudov bunu Musavat.com-un əməkdaşına açıqlaması zamanı deyib. Azərbaycanda qəfil ölümlərin artmasının səbəbləri barədə danışan məşhur cərrah bildirib ki, ürək tutmaları əsasən də 40-60 yaş arasındakı insanların arasında geniş yayılıb.

Ancaq R.Mahmudovun sözlərinə görə, müasir tibbin imkanlarından yararlanmaqla ölkəmizdəki qəfil ölümlərin statistikasını kəskin şəkildə azaltmaq olar: "Dünyada təsdiqlənib ki, "stend or life” proqramından yararlanmaqla qəfil ölümlərin böyük bir hisəsinin qarşısını almaq tamamilə mümkündür. Çünki insan xərçəngdən qəfil ölmür. Qəfil ölümlərin ən birinci səbəbi ürək-damar xəstəlikləri-infarktlar və beyinə qan sızmaları, ani beyin qan dövranının pozulması - insultlardır. "Stend or life” – "yaşamaq üçün stendləmə” - həm ürək, həm beyin damarlarını bərpa etməyə imkan verir. Yəni damar tam tutulmaya getdiyi dəqiqədə xəstəni zamanında xəstəxanaya çatdıraraq iki saat ərzində damarın yolunun bərpa edilməsi lazımdır. 20 il bundan əvvəl dünyada belə bir texnologiya olmayıb. Amma artıq dünya bunu qəbul edib. Əsas məsələ o proqramı həyata keçirmək yox, onu zamanında həyata keçirməkdir. Yəni evdə proses başlandığı zaman xəstə təcili yardımla götürüləcək və xüsusi ratsiya sistemləri ilə bütün mərkəzlərə xəbər veriləcək, özü də xəstə adi bir xəstəxanaya yox, stend qoyula biləcək bir məkana aparılacaq. Üstəlik, o məkanda artıq xəstə fikirləşməyəcək ki, mən bunun ödənişini edə biləcəyəm, ya yox, bu, dövlət tərəfindən maliyyələşəcək və o insanın həyatı geri qaytarılacaq.

Bu mənada artıq nəticələri bilinən "stend or life” proqramının ölkəmizdə də qəbul olunması çox faydalı olardı. Bu proqramın ölkəmizdə qəbul olunması ildə 15 minə yaxın kəskin infarkt xəstəsi olan insanların azı 90 faizinin həyata normal şəkildə qaytarılması, ailələrinin başında qalması deməkdir”.
Həkimin dediyinə görə, kəskin infarktlar zamanı təcili müdaxilə insanın tamamən normal həyata qaytarılması deməkdir: "Söhbət təkcə ölüm riskindən qurtarmaqdan deyil, xəstənin heç bir zədə almadan normal həyatına geri dönməsindən gedir. Biz təcili yardım sistemlərinin qeydiyyatlarına baxdığımız zaman görürük ki, reallıqda kəskin infarktla, yəni kəskin koronar sindrom dediyimiz xəstəliklə ən azı 15-20 min insan var ki, həmin dəqiqələrdə onlara müdaxilə olunmadığına görə, ya əlilə dönür, ya kəskin infarkt keçirmiş xəstə halına gəlir, ya da həyatını itirir. Deyilə bilər ki, bu, böyük bir rəqəm deyil. Amma biz hər an hər birimiz bu risklə üz-üzəyik və hər birimizin başına gələ bilər. Deməli, böyük bir rəqəmdir. Bu xəstələrin əksəriyyətini xilas etmək və həyata qaytarmaq mümkündür”.
R.Mahmudov Azərbaycanla Avropa ölkələri arasında da paralellik aparılmasına da toxunub: "Bu gün Avropada 85 yaşlı insanın velosiped sürdüyünü görəndə düşünməyək ki, o çox sağlam həyat sürüb, heç bir xəstəliyi olmayıb. Yox, sadəcə onlar 55-60 yaşlarında bu problemlərlə üzləşiblər, ürəkləri zədə almadan, bədəndə qalıcı deffekt qalmadan vaxtında bu problem həll olunub. Bir gün sonra həmin xəstəyə göstəriləcək yardımın mənası yoxdur, bu, yarımçıq və zərər görmüş bir bağçanı suvarmaq kimi bir şey olacaq”.
Kardioloqun sözlərinə görə, infarkdan sonra yaşayanların da çox hissəsi əlilə dönür və bu da əlavə problemdir: "Ölkədə əlilliyin artmasının qarşısının alınması gələcək xərclərimizin azalması deməkdir. Dövlətçilikdə ən vacib məsələ insanın yaşamaq haqqıdır, bu, bütün konvensiyalarda öz əksini tapıb. Düşünürəm ki, bu proqramın başlanılması mühüm əhəmiyyət kəsb edir. Bütün ölkə üzrə "stend or life” proqramı həyata keçirildiyi zaman orta hesabla 15-20 milyon manta vəsait tələb olunur. Bu da adambaşına illik 1 manat xərc deməkdir. Yəni bu proqramın bir illik həyata keçirilməsi naminə hər vətəndaş üçün 1 manat ayrılması lazımdır. Düşünürəm ki, bu gün hər bir insanın maaşının 10 manat artması o qədər effect verə bilməz, amma bu proqramla bağlı hər bir vətəndaş üçün 1 manat ortaya qoyulduğu halda, bunun faydası daha böyük olar. Ola bilər ki, hansısa vətəndaş bu problemlə üz-üzə gəlməz. Amma ən çox ölümə səbəb olan bu hadisənin qarşısının alınması yəqin ki, minlərlə ətrafdakı insane üçün çox mühümdür. Dediyim kimi, bu hadisələr daha çox 40-60 yaşında insanları əhatə edir. Düşünən beyinlərin itkisi əslində ölkə üçün başqa bir problemdir. Bunun minlərlə nümunələri var”.

Elşad PAŞASOY,
Musavat.com


İmza:

YAZARIN ARXİVİ

2017-10-23 : Aciz yazıçılar
2017-10-21 : QƏFƏSDƏ
2017-10-19 : ŞƏHİD RƏSSAM
2017-10-19 : NOVATOR
2017-10-18 : NOVATOR
2017-10-17 : NOVATOR
2017-10-14 : Bozqurd işarəsi
2017-10-14 : REKVİYEM
2017-10-11 : RAZBORKA
2017-10-11 : Vallah yorulduq
2017-10-10 : Neft bahalaşdı
2017-10-10 : Boz ADA(m)
2017-10-07 : İki Koşevoy
2017-10-06 : ÖLMƏZ KAŞEY
2017-10-05 : AXTARIŞ VARSA...
SON XƏBƏRLƏR
2017-10-23


VİDEO
YAZARLAR
Seyfəddin Altaylı
Əbülfət MƏDƏTOĞLU
Nicat Novruzoğlu
Oğuz Ayvaz
Əbdürrəhim bəy Haqverdiyev
Fəridə RƏHİMLİ
Əlövsət Bəşirli
FAİQ QİSMƏTOĞLU
Cəlil Məmmədquluzadə
İradə TUNCAY
Məzahir Əhmədoğlu